Haqqımızda
Mentorline, Amazon üzərindən satışa başlamaq və öz brendini qurmaq istəyənlər üçün təlim və mentorluq xidməti təqdim edən bir platformadır.Qurucusu Cavanşir Tağıyev 5 ilə yaxın müddətdir Amazon ekosistemində fəaliyyət göstərir. Bu müddət ərzində müxtəlif markaların satışının idarə olunması ilə yanaşı, öz brendlərinin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində çalışmışdır və hazırda da aktiv şəkildə öz brendi ilə Amazon platformasında satış fəaliyyətini davam etdirir.
İlk günlərdə fərdi dəstək formasında başlayan bu yol, zaman keçdikcə daha çox insanın ehtiyacına cavab vermək üçün genişlənmiş və strukturlaşdırılmış mentorluq modelinə çevrilmişdir. Bu gün Mentorline, Amazon Private Label sahəsinə fokuslanan, sistemli şəkildə işləyən bir mentorluq platforması kimi fəaliyyət göstərir.
MentorLine-ın əsas məqsədi yalnız Amazonda satış etməyi öyrətmək deyil. Bizim yanaşmamız — Amazon Private Label iş modelini A-Z öyrətməklə yanaşı, müştərilərimizlə birlikdə marka qurmaq, bu markanı inkişaf etdirmək və uzunmüddətli biznesə çevirməkdir. Proses sadəcə nəzəri məlumatlarla deyil, praktiki tətbiqlər və birəbir görüşlərlə irəliləyir.
Biz yalnız Private Label modelinə fokuslanırıq və bu modeli “kurs verib tək buraxmaq” kimi deyil, birlikdə iş görülən partnyor yanaşması ilə idarə edirik. Atılan hər addım qarşılıqlı müzakirə olunur, risklər dəyərləndirilir və ən doğru qərar seçilir.
MentorLine üçün məsləhətçilik yalnız təlim keçmək demək deyil. Biz prosesin hər mərhələsinin düzgün planlanması və effektiv şəkildə idarə olunmasına önəm veririk.
